Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Saakaşvilinin həbsxanaya nə vaxt qayıdacağı açıqlandı

Saakaşvilinin həbsxanaya nə vaxt qayıdacağı açıqlandı
18-12-2021, 02:02 189 dəfə baxılıb

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Ədliyyə Nazirliyi müvafiq tibbi arayış və tibb işçilərinin razılığını alan kimi Rustavidəki 12 saylı həbsxanaya qaytarılacaq.

Vətənim-Azərbaycandır.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.
"Bizdə müvafiq tibbi rəy və tibb işçilərinin razılığı olduqdan sonra Saakaşvili 12 saylı müəssisəyə köçürüləcək", - Breqadze bildirib.
Eyni zamanda, o vurğulayıb ki, heç bir şəxs, hətta eks-prezident belə imtiyazlardan istifadə etməyəcək.
Onun sözlərinə görə, Saakaşvilinin məhbus kimi hüquqları pozularsa, o, məhkəməyə müraciət edə bilər.
Gürcüstanın ədliyyə naziri əlavə edib ki, Saakaşvilinin həbsxana klinikasına köçürülməsi Nəticə Məcəlləsinə uyğun həyata keçirilib və eks-prezidentin razılığı tələb olunmayıb.
O, Saakaşviliyə qarşı farmakoloji işgəncələr barədə iddiaları da rədd edərək, həkimlərin protokola uyğun hərəkət etdiyini qeyd edib.
Xatırladaq ki, eks-prezident iki cinayət işi üzrə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilib, daha üç işə məhkəmədə baxılır.
Qeyd edək ki, Saakaşvili hazırda Qori hərbi hospitalındadır və aclıq aksiyasından sonra burada müalicə olunur. O, aclıq aksiyasının 50-ci günündə həbsxanada xəstələndikdən sonra orada qalıb. Oktyabrın 1-də Gürcüstanın eks-prezidentinin həbsindən sonra altı il müddətinə azadlıqdan məhrum edilərək, Rustavi şəhərindəki 12 saylı həbsxanaya göndərilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI