Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Saakaşvilinin xəstəxanaya məcbur aparılma anı - Video

Saakaşvilinin xəstəxanaya məcbur aparılma anı - Video
11-11-2021, 20:03 165 dəfə baxılıb

Gürcüstan Xüsusi Penitensiar Xidməti eks-prezident Mixail Saakaşvilinin 18 saylı Qldani Cəzaçəkmə Müəssisəsinə və həbsxana xəstəxanasına necə aparıldığını və palataya necə yerləşdirildiyini əks etdirən kadrlar yayıb.

Vətənim-Azərbaycandır.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, xüsusi brifinqdə ədliyyə naziri Rati Breqadze bildirib ki, bu cür tədbirləri məcburiyyətdən ediblər. O,  Saakaşvilinin vəkillərindən Nika Qvaramiyanın eks-prezidenti “maşından çıxarıb xəstəxana binasına 30 metr sürükləyərək aparıblar” ittihamlarına da cavab verib: 
“Təcili yardım maşını düz müəssisənin qapısında dayandı. Saakaşvili maşından düşməli olan zaman əməkdaşlarımızın qanuni tələblərinə tabe olmayıb. Bu zaman o, əməkdaşımızı təhqir edib, tibbi ləvazimatlara ziyan vurub”. 
Nazir bildirib ki, bu faktla bağlı araşdırma həm Dövlət Müfəttişliyi Xidməti, həm də Gürcüstan Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi tərəfindən aparılır.
Qeyd edək ki, vəkillərinin sözlərinə görə, Saakaşvili hazırda tibbi yardım və müalicədən imtina edir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI