Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Zelenski ilə Consonun telefon danışığı

Zelenski ilə Consonun telefon danışığı
18-12-2021, 01:12 185 dəfə baxılıb

Ukrayna Prezidenti Vladimir Zelenskinin Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığı olub.

Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, telefon söhbəti zamanı tərəflər enerji təhlükəsizliyi məsələlərini və Ukrayna ətrafında gərginliyin azaldılması istiqamətində atılacaq addımları müzakirə ediblər. 
“Boris Consonla məhsuldar söhbətim oldu. Biz enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Ukrayna ətrafında vəziyyətin deeskalasiyası və Donbassda sülh yolu ilə nizamlanma üçün gələcək addımları əlaqələndirdik. Böyük Britaniyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü və sarsılmaz dəstəyini yüksək qiymətləndirirəm”, - deyə Zelenski Tvitterdə yazıb. 
Britaniya baş nazirinin ofisi bildirib ki, Zelenski və Conson telefon danışığı zamanı Ukraynanın Rusiya ilə sərhədindəki vəziyyətlə bağlı Rusiya Federasiyası ilə dialoqun zəruriliyi barədə razılığa gəliblər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI