Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ərdoğanla İlon Maskın görüşü oldu

Ərdoğanla İlon Maskın görüşü oldu
16-12-2021, 21:50 127 dəfə baxılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tesla” və “Space X”in qurucusu İlon maskla videoformatda görüş keçirib.

Vətənim-Azərbaycandır.az” Türkiyə mediasına istinadən xəbər verir ki, görüş zamanı Türkiyədəki dövlət və özəl sektor qurumları ilə şirkət arasında müxtəlif sahələrdə, xüsusilə peyk və kosmik texnologiyalar sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
O cümlədən, elektriklə işləyən avtonom avtomobillər və rəqəmsal iqtisadiyyat məsələləri müzakirə edilib, uzunmüddətli investisiyalar və mövcud əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qiymətləndirilib.
Görüşdə Türkiyənin yerli elektrik avtomobili TOGG-nin litium batareyaları ilə bağlı atılacaq ortaq addımlar, TÜRKSAT 5-B peykinin kosmosa buraxılması prosesi də müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində həyata keçirdiyi digər işlərə də diqqət çəkib.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI