Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Əliyevi konstruktiv adlandırırsan, sosial şəbəkədə isə “Cəsur Nəzər” olursan”

“Əliyevi konstruktiv adlandırırsan, sosial şəbəkədə isə “Cəsur Nəzər” olursan”
15-12-2021, 07:38 148 dəfə baxılıb

“Ermənistanın maraqları feysbukda deyil, real həyatda qorunur. Real həyatda Əliyevi “konstruktiv” adlandırırsınız, amma sosial şəbəkələrdə “Cəsur Nəzər” olmağa çalışırsınız?”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının ali orqanının üzvü Eduard Şarmazanov feysbuk səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevlə NATO Baş katibi Yens Stoltenberqin Brüssel görüşündən sonra Nikol Paşinyanın sosial şəbəkələrdə yazdığı son yazıları şərh edərkən yazıb.
“Daxili ictimaiyyətin hissləri ilə oynamağı dayandır, kapitulyant! Ermənilətin maraqlarını 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində qorumaq lazım idi. Niyə auditoriyaya oynayırsınız? Real həyatda Əliyevi (Azərbaycan Prezidenti İlham Əliyev - red.) “konstruktiv” adlandırırsınız, amma sosial şəbəkələrdə “Cəsur Nəzər” olmağa çalışırsınız? Ermənistanın maraqları feysbukda deyil, real həyatda qorunur”, - deyə Şarmazanov qeyd edib. 
Qeyd edək ki, “Cəsur Nəzər” erməni yazıçısı Ovhannes Tumanyanın nağılı əsasında “Armenfilm” kinostudiyasının çəkdiyi sovet cizgi filmidir.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI