Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Belarusda son 25 ildə ilk dəfə MSK rəhbəri dəyişdi

Belarusda son 25 ildə ilk dəfə MSK rəhbəri dəyişdi
13-12-2021, 19:38 146 dəfə baxılıb

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Ermoşinanı istefaya göndərib.

Vətənim-Azərbaycandır.az” “Belta”ya istinadən xəbər verir ki, qadın rəhbərin istefaya göndərilməsinin səbəbləri açıqlanmayıb.
Ermoşinanın istefaya göndərilməsi ilə Belarusda son 25 ildə ilk dəfədir ki, MSK rəhbəri dəyişir. Bundan sonra MSK-ya İqor Karpenko rəhbərlik edəcək.
Bununla yanaşı, Lukaşenko MSK-ya 5 yeni üzv təyin edib.
Qeyd edək ki, 2022-ci ilin fevralında Belarusda referendumun keçirilməsi planlaşdırılır. Belarus müxalifəti və beynəlxalq təşkilatlar hesab edirlər ki, respublikada seçkilərin və referendumların nəticələri daim saxtalaşdırılır, seçkilərin keçirilmə proseduru pozulur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI