Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan yeni minaaxtaran robotlar alacaq

Azərbaycan yeni minaaxtaran robotlar alacaq
12-12-2021, 16:22 85 dəfə baxılıb

“İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məqsədilə minaaxtaran robotların alınması üçün iş aparılır”.

Vətənim-Azərvaycandır.az” xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, ermənilər işğal dövründə həmin şəhər və rayonlarımızın ərazilərində minalar basdırıblar:
“Quruculuq və abadlıq işlərinin sürətləndirilməsi üçün həmin ərazilər qısa vaxtda minalardan təmizlənməlidir. Odur ki, təkcə minaaxtaran cihazlar deyil, robotların da alınması üçün ANAMA, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tərəfindən sürətli işlər görülür”.
“Azad edilmiş ərazilərdə xüsusən yaşıllıq zonalarında minatəmizləmə əməliyyatlarının aparılması işi çox çətinləşir. Payız-qış mövsümündə otlar quruduğundan bundan sonra həmin proses daha təkmil və sürətli aparılacaq”, - deyə nazir vurğulayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI