Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident “Yüksəliş” müsabiqəsi üçün 1 milyon pul ayırdı

Prezident “Yüksəliş” müsabiqəsi üçün 1 milyon pul ayırdı
9-12-2021, 17:58 195 dəfə baxılıb

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, sənədə əsasən, “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılıb. 
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin edəcək. Təşkilat Komitəsinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 
Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilib:
“Təşkilat Komitəsinin sədri
Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Təşkilat Komitəsinin üzvləri
Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri
Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri
Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI