Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mustafa Şentop Zəngəzur dəhlizindən danışdı

Mustafa Şentop Zəngəzur dəhlizindən danışdı
9-12-2021, 17:55 154 dəfə baxılıb

İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı Konfransında iştirak etmək üçün İstanbulda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 9-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Vətənim-Azərbaycandır.az" ya daxil olan məlumata görə, Mustafa Şentop bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən sonra Qarabağda, eləcə də Cənubi Qafqazda yeni imkanların yaranıb. Türkiyə parlamentinin sədri bu Qələbənin regionun inkişafı, gələcək imkanlar, sülh və əməkdaşlıq baxımından əhəmiyyətindən danışıb. İşğaldan azad olunan Azərbaycan ərazilərinin bərpası və yenidən qurulması məsələlərinə toxunan Mustafa Şentop həmçinin Zəngəzur dəhlizinin açılması ilə bölgədə yaranacaq yeni imkanlar və bunun bütün türk dövlətlərinə müsbət təsirini xüsusi qeyd edib.
Sahibə Qafarova Azərbaycanla Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin çox möhkəm təməllərə malik olduğunu bildirərək, diqqətə çatdırıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri ölkələrimiz arasındakı birliyin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI