Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mançesterdə Azərbaycan icması ilə görüş keçirildi - Fotolar

Mançesterdə Azərbaycan icması ilə görüş keçirildi - Fotolar
5-12-2021, 12:22 167 dəfə baxılıb

Oxunma Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Birləşmiş Krallığa səfəri çərçivəsində Mançester şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, tədbirdə Mançester və ətraf şəhərlərdə yaşayan soydaşlarımız, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin I katibi Nicat Quliyev, Şimali İrlandiyada Birləşmiş Krallıq üzrə Azərbaycanlıların Koordinasiya Şurasının və türk icmasının üzvləri, eləcə də, Güney Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mançesterdə Azərbaycan icmasının üzvləri ilə ilk dəfədir görüş keçirildiyini xatırladaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib.
Tovuz hadisələri, Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərini Birləşmiş Krallıq ictimaiyyətinə çatdıran, Vətənimizin müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə birlik və həmrəylik göstərərək böyük işlər görən icma üzvlərinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən icma üzvləri diaspor fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə daha geniş şəkildə çatdırılması və gələn ilki fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.
Görüş soydaşlarımızın suallarının cavablandırılması ilə yekunlaşıb.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI