Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiyadan Belarusla bağlı Qərbə - Etiraz

Rusiyadan Belarusla bağlı Qərbə - Etiraz
4-12-2021, 23:53 165 dəfə baxılıb

“Qərb ölkələrinin Belarusa qarşı yeni sanksiyaları qanunsuz və qeyri-insanidir”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, Qərbi insan haqları ilə bağlı ikiüzlü olmaqda ittiham edib.
M. Zaxarova ABŞ, Avropa İttifaqı (Aİ), İngiltərə və Kanadanın insan haqlarının pozulması və mühacirlərin siyasi məqsəd kimi istifadə edilməsi səbəbiylə dekabrın 2-də qəbul etdiyi sanksiya qərarı ilə bağlı yazılı açıqlama verib.
“Bu sanksiyalar Belarusun daxili işlərinə müdaxilədir. Qərb ölkələri Belarusu miqrant böhranı səbəbiylə cəzalandırmağa çalışır. Biz dekabrın 2-də ABŞ, Aİ, Böyük Britaniya və Kanadanın eyni vaxtda Belarusa qarşı yeni məhdudlaşdırıcı tədbirlərini pisləyirik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının xaricində tətbiq edilən məhdudiyyətlər kimi, bu sanksiyalar da qanunsuzdur”, - açıqlamada qeyd olunub.
Zaxarova bildirib ki, böhran müvafiq ölkələr arasında qarşılıqlı fəaliyyət yolu ilə həll oluna bilər: “Qərb ölkələrini ikili standartlardan və qanunsuz sanksiyalarla təzyiq göstərmək siyasətindən əl çəkməyə və Belarusla əməkdaşlıq edərək miqrant böhranını həll etməyə çağırırıq”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI