Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Belarusa qarşı növbəti sanksiyalar tətbiq olundu

Belarusa qarşı növbəti sanksiyalar tətbiq olundu
2-12-2021, 23:32 130 dəfə baxılıb

Avropa İttifaqı (Aİ) Belarusa qarşı beşinci sanksiya paketi hazırlayıb.

Vətənim-Azərbaycandır.az” xarici mediaya istinadən xəbər verir ki, bu dəfə məhdudiyyətlər tətbiq olunanlar siyahısına 17 fiziki şəxs, 11 təşkilat daxil edilib. Hazırda Aİ-nin anti-Belarus sanksiyalarında iştirak edən şəxslərin ümumi sayı 183 nəfərə və 26 təşkilata çatıb.
Sanksiyalar fiziki şəxslərin Aİ-yə girişinə qadağa, habelə fiziki şəxslərin və təşkilatların hesablarının dondurulmasını nəzərdə tutur. Bundan əlavə, avropalı şəxslərə və şirkətlərə bu siyahılarda olanlara vəsait köçürmək qadağandır.
“Belarusda vəziyyət yaxşılaşmasa, biz gələcəkdə o cümlədən təsərrüfat subyektlərinə qarşı da tədbirlər görməyə hazırıq”, - Aİ-nin sənədində deyilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI