Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Məni pencək oğrusu kimi mühakimə edirlər” - Saakaşvili + Video

“Məni pencək oğrusu kimi mühakimə edirlər” - Saakaşvili + Video
2-12-2021, 15:36 349 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, bu gün Tbilisi Şəhər Məhkəməsində ölkənin üçüncü Prezidenti Mixail Saakaşvilinin məhkəmə prosesi keçirilir.

Vətənim-Azərbaycandır.az”ın “Sputnik Gürcüstan”a istinadən verdiyi məlumata görə, gürcü siyasətçi proses zamanı çıxış edib.
Saakaşvilinin sözlərinə görə, ona qarşı irəli sürülən ittihamlar uydurmadır və o, günahkar deyil: “Mən pencək oğrusu kimi biabırçı ittihamla və yaxud ölkəmi dünyaya göstərmək və gələnləri ləyaqətlə qarşılamaq üçün haradasa müalicə aldığıma görə mühakimə olunuram”.
Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Mixail Saakaşvilinin “Pencək işi” adlandırılan məhkəmə prosesi keçirilir. Gürcü siyasətçi prezidentliyi dövründə Dövlət Mühafizəsi üzrə Xüsusi xidmətin büdcəsindən 8,8 milyon lari həcmində vəsaiti dəbdəbəli məhsullara xərcləməkdə ittiham olunur. Mənimsənilən vəsaitin isə Londonda 49,5 min lari dəyərində pencək və kəşmir palto alınmasına, eləcə də digər bahalı paltarlar, bahalı otel nömrələri, spa və s. üçün xərcləndiyi bildirilir.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI