Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

NATO-dan Rusiyaya daha bir - Çağırış

NATO-dan Rusiyaya daha bir - Çağırış
30-11-2021, 01:42 135 dəfə baxılıb

"Rusiyanın Ukraynaya qarşı hər hansı hücumunun həm siyasi, həm də iqtisadi nəticələri olacaq".

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna sərhədindəki hərbi fəaliyyəti ilə bağlı danışarkən deyib.
Y. Stoltenberq 30 noyabr və 1 dekabr tarixlərində NATO Xarici İşlər Nazirlərinin Toplantısının keçiriləcəyi Latviyanın paytaxtı Riqada Latviya Prezidenti Egils Levits ilə birgə mətbuat konfransı keçirib.
İki gün davam edəcək görüşdə Rusiyanın Ukrayna sərhəddində hərbi birləşmələri və Belarusdan Polşa, Latviya və Litvaya keçmək üçün sərhədə gələn insanlarla bağlı vəziyyət müzakirə ediləcək.
Baş katib həmçinin bildirib ki, onlar Ukraynanın Rusiya ilə sərhədindəki vəziyyəti diqqətlə və narahatlıqla izləyirlər.
"Bu il ikinci dəfədir ki, Rusiya öz qüvvələrini bölgəyə genişmiqyaslı və qeyri-adi şəkildə toplayıb. Burada ağır silahlar, artilleriya, zirehli bölmələr, pilotsuz uçuş aparatları və elektron texnikası olan on minlərlə döyüşə hazır əsgər görürük.
Bu hərbi birləşmə burada heç bir səbəb və izah edilməmiş vəziyyətdədir. Vəziyyət gərginliyi artırır. Rusiyanın Ukraynaya qarşı hər hansı hücumunun həm siyasi, həm də iqtisadi nəticələri olacaq. Rusiya şəffaf olmalı və gərginliyi azaltmalıdır”, - Stoltenberq deyib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI