Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Nüvə sazişindən kənar tələbləri qəbul etməyəcəyik” - Abdullahiyan

Nüvə sazişindən kənar tələbləri qəbul etməyəcəyik” - Abdullahiyan
30-11-2021, 00:47 168 dəfə baxılıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Avstriyanın paytaxtı Vyanada başlayan nüvə danışıqları ilə bağlı ölkənin rəsmi nəşri olan “İran qəzeti”ndə məqalə yazıb.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, Abdullahiyan Qərbi nüvə sazişində verilən “heç bir vədi tutmamaqda” ittiham edib:
"İran xoşməramlılığını nümayiş etdirərək sanksiyaların ləğvi üçün növbəti dəfə danışıqlar aparır. Məqsəd 41 ölkə ilə səmərəli danışıqlara və müsbət razılaşmaya nail olmaqdır. İranın "müsbət razılaşma" əldə etmək üçün lazımi iradəsi var. İran nüvə sazişindən kənar tələbləri qəbul etməyəcək və bu mövzularda danışıqlar aparmayacaq”.
İranın nüvə proqramının dinc xarakter daşıdığını müdafiə edən Abdullahiyan sənaye, ticarət, dənizçilik, kosmos, müdafiə və texnologiya sahələrində işlərinə davam edəcəklərini bildirib.
ABŞ-ın nüvə anlaşmasına qayıtması üçün İranın mənafeyinə uyğun olaraq sanksiyaların tamamilə aradan qaldırılmasının, təminatların verilməsinin və atılan addımların yoxlanıla bilən olmasının vacibliyinə işarə edən Abdullahiyan, buna nail olunarsa, İranın da tələblərə əməl edəcəyini vurğulayıb.
Abdullahiyan nüvə sazişi tərəflərinin lazımi siyasi iradəyə malik olduğu təqdirdə razılaşmanın mümkün olduğunu bəyan edib:
"ABŞ əmin olmalıdır ki, keçmişin acı təcrübələri yaşanmayacaq. Bu yolla İranın kommersiya tərəfdaşları narahat olmadan İranla daimi ticarət əlaqələrinə girə bilərlər. Bu fürsət pəncərəsi əbədi olaraq açıq qalmayacaq. ABŞ və 3 Avropa ölkəsi bunu yaxşı başa düşməlidir. ABŞ bütün tətbiq olunan sanksiyalar aradan qaldırılmadan nüvə sazişinə qayıtmağın mümkün olmadığını hələ də başa düşmür". 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI