Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin növbəti iclası Azərbaycanda keçiriləcək

Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin növbəti iclası Azərbaycanda keçiriləcək
29-11-2021, 13:04 144 dəfə baxılıb

Noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.

Vətənim-Azərbaycandır.az” XİN-ə istinadən xəbər verir ki, iclasa Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib.
QH üzv dövlətlərinin parlamentlərinin spikerləri, spiker müavinləri və deputatlarının iştirakı ilə keçirilmiş iclasda Hərəkatın tarixində yeni səhifə açan və üzv dövlətlər arasında parlamentlərarası ölçünün inkişaf etdirilməsinə xidmət edəcək QH Parlamentlər Şəbəkəsi təsis edilib.
QH-nin fundamental dəyər və prinsiplərinin təşviqinə, Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin edilməsinə, habelə QH üzv dövlətləri üçün ümumi maraq kəsb edən məsələlərin həll edilməsinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq bu Şəbəkə, yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaq.
Tədbirdə çıxış edən QH üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri QH-nin sədri qismində Azərbaycanın bu əhəmiyyətli təşəbbüsünü yüksək qiymətləndirib və Şəbəkənin fəaliyyətində aktiv iştirak edəcəklərini vurğulayıblar.
İclasın yekununda Madrid Bəyannaməsi yekdilliklə qəbul edilib. Bəyannamədə təsis edilmiş Parlament Şəbəkəsinin Hərəkatın fəaliyyətinə verəcəyi töhfə və həyata keçirəcəyi funksiyalar vurğulanılır, Azərbaycanın Hərəkata səmərəli sədrliyi alqışlanır, habelə Şəbəkənin növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçiriləcəyi bildirilir.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI