Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Atılan addımlara Ermənistanın qarşılıq verməsini gözləyirik”

“Atılan addımlara Ermənistanın qarşılıq verməsini gözləyirik”
15-11-2021, 22:55 207 dəfə baxılıb

Bu gün xarici işlər naziri Ceyhun Baramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

XİN-dən “Vətənim-Azərbaycandır.az”a verilən məlumata görə, görüşdə çıxış edən nazir, münaqişə sonrası bölgədə yaranan yeni reallıqlar, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının bərpa edilməsi barədə danışıb.
O, dayanıqlı sülh, inkişaf və tərəqqinin Azərbaycanın gələcək vizyonunun əsasını təşkil etdiyini və bu xüsusda, üçtərəfli bəyanatların tam icrasının mühüm olduğunu qeyd edib; Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlara Ermənistanın qarşılıq verməsini gözlədiyimiz vurğulanıb.
Bölgədə bütün kommunikasiyaların açılmasının, Ermənistan və Azərbaycan ərazisindən keçməklə həm bu iki ölkə, həm də bütün bölgə ölkələri, eləcə də tərəfdaşlarımızın xeyrinə ticarət və nəqliyyat daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəyi, bu xüsusda Zəngəzur dəhlizinin önəmli təşəbbüs olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Zəngəzur dəhlizinin Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi kimi Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində və ondan kənarda etibarlı və təhlükəsiz logistik dəhizləri təmin etmək səylərinə töhfə verəcəyi bildirilib.
Azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, nəticədə uzun illər ərzində hüquqları pozulmuş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qayıdacaqlarını vurğulayıb.
Nazir, həmçinin azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqəti cəlb edib və Ermənista tərəfindən mina xəritələrinin təqdim edilməsinin vacibliyini səsləndirib.
Nazir, Aİ-nin Şərq Qonşuluğu siyasəti çərçivəsində Cənubi Qafqaza münasibətdə yanaşmasını bölgədə mövcud olan yeni vəziyyətə uyğun olaraq, post-münaqişə dövrünün ehtiyac və prioritetlərinə müvafiq olaraq dəyişdirməsinin vacibliyini vurğulayıb.
Yeni mərhələdə minadan təmizləmə, kommunikasiyaların açılışı, ölkələr arasında yaxşı qonşuluq münasibətlərinin yaradılması üçün etimad quruculuğu tədbirlərini özündə ehtiva edən post-münaqişə siyasi və maliyyə dəstəyinin Aİ-nin yardımçı ola biləcəyi sahələr sırasında olduğu qeyd edilib. İstər Şərq Tərəfdaşlığı, istərsə də ikitərəfli çərçivədə irəli sürülən təşəbbüslərin Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədində nəzərdə tutulduğu kimi beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslamalı olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra nazir Ceyhun Bayramov Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.
Görüşdə tərəflər, Azərbaycan və Aİ ikitərəfli əlaqələrinin hazırkı durumu və gələcək inkişaf perspektivləri, əsas prioritet məsələləri, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI