Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ərdoğan Baydenin F-16-lar mövzusuna necə yanaşdığını açıqladı.

Ərdoğan Baydenin F-16-lar mövzusuna necə yanaşdığını açıqladı.
1-11-2021, 00:20 150 dəfə baxılıb

“Co Baydenlə görüşümüz dar çərçivədə oldu. Ancaq iqtisadi əlaqələrdə qarşılıqlı olaraq Xəzinə, Maliyyə nazirliklərimizin, o cümlədən xarici işlər nazirlərimizin bir-biri ilə sıx təmasda olmalarının vacibliyini vurğuladıq”.

Vətənim-Azəraycandır.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşündən sonra mətbuat açıqlamasında deyib. O bildirib ki, Baydenlə F-16 qırıcıları ilə bağlı məsələni də müzakirə ediblər: 
“F-35-dən qaynaqlanan 1,4 milyard dollarlıq ödənişimiz vardı və bu prosesi necə yaxşı bir mövqeyə daşıya biləcəyimizə diqqət ayırdıq. Daha çox F-16-lar gündəmə gəldi. Əlimizdəkilərin modernizasiyası və yeni F-16-ların verilməsi gündəmdə oldu. Müdafiə nazirlərimiz prosesi izləyirlər. Baydenin də müsbət yanaşmasını gördüm”.  

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI