Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilər təlimə çağrılır - MN açıqlama yaydı.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilər təlimə çağrılır - MN açıqlama yaydı.
24-10-2021, 15:39 271 dəfə baxılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək.

Bu barədə "Vətənim-Azərbaycandır.az"ya Müdafiə Nazirliyindən bildirilib.
Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər.
Təlim toplanışı noyabrın 6-dək davam edəcək.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI