Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Səhiyyə nazirinin yeni müavinləri kollektivə təqdim edildi

Səhiyyə nazirinin yeni müavinləri kollektivə təqdim edildi
4-02-2022, 22:33 318 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.

"Vətənim-Azərbaycandır.az" ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev yeni təyin olunmuş nazir müavinlərini kollektivə təqdim edib.
Öz çıxışında Teymur Musayev dövlət başçısının fevralın 3-də imzaladığı Sərəncamları diqqətə çatdırıb. Nazir bildirib:
“İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov bir sıra məsul vəzifələrdə fəaliyyət göstərərək, bu sahədə təcrübə və idarəçilik bacarığına malik olduqlarını göstəriblər. Əminəm ki, onlar bu yüksək etimadı doğruldacaq və qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.
Çıxışının sonunda Teymur Musayev nazir müavinlərini təyinat münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Öz növbəsində yeni təyin olunmuş müavinlər onlara göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, səhiyyə sistemində başlanan islahatlar prosesinin davam etdirilməsi və qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini və bacarıqlarını əsirgəməyəcəklər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI