Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi SABAH Qrupları (ADPU)-un tələbəsi Kərimova Rəşidə Ramiz qızı Vetenim-Azerbaycandır.az saytına verdiyi müsahibəsinde bildirmişdir ki,
Uşaqların düzgün tərbiyə edilməsi bütün dövrlərdə valideynlər üçün,məktəb üçün ümumiyyətlə desək cəmiyyət üçün ən aktual məsələlərdən biridir. Uşaq tərbiyəsinin ən çox müzakirə edildiyi bir cəmiyyətdə yaşayırıq.Bu səbəbdən də uşağın tərbiyəsindəki çatışmazlıqlar özünü ailədə, məktəbdə və cəmiyyətdə büruzə verir. Uşağın tərbiyə edilməsi ailədən başlayır və onun həyatındakı ən mühüm tərbiyəçilər valideynləridir.Ata və ana – valideynlər uşağa verdiyi tərbiyənin əhəmiyyətini dərk etməlidir.
Hazırkı statistikaya nəzər salsaq,bir çox gənc ailənin boşanması halı ilə qarşılaşarıq.Bu isə uşağın tərbiyə edilməsində çox böyük çətinliklər yaradır.Ona görə ata və ana övlad sahibi olmağı qərara alıbsa ilk əvvəl öz aralarındakı münasibəti tənzimləməlidir. Psixologiya və tibb elmi bu qənaətə gəlir ki,uşaqlar 5 yaşına qədər ailədə gördükləri hər şeyi şüuraltına yığırlar.Bu dövrdə uşaq düzgün mühitdə, düzgün tərbiyə olunarsa yaşı artdıqca o özünə inamlı,qorxu və komlekslərdən azad olacaq.Valideynlər uşağa həyatı tanımaq və öyrənmək üçün nəzarət altında təcrübələr keçirməlidirlər. Uşağa çox qadağa qoyularsa o, heç nə öyrənməyəcək və əsəbiləşəcək. Uşağın sındıra, boyaya və çirkləndirə biləcəyi təhlükəsiz və zərərsiz mühitlərin yaradılması həm ona təcrübə qazandırır, həm də onları aqressiv impluslardan uzaq edir.Uşağa bir neçə dəfə televizoru açıb-söndürməyə icazə verməklə təcrübə keçirmək,bununla da zərərli olanı əyani göstərmək olar. Evdə belə təcrübələrin yaşanmasına icazə verilməyən uşaq başqa bir evin qonağı olduğu zaman ev sahibi diqqət etmədiyində antik güldanı yerə ataraq, televizorun pultunun düymələrini qarışdıraraq müxtəlif fəsadlar törədə bilər.Bu kiçik məsələ kimi görünsə də, gələcəkdə daha böyük fəsadlar yarada bilər. Əslində uşağa yaxşı ya da pis, zərərli ya da zərərsiz hərəki-fəaliyyətlər yaşatmaq valideynlərin idarə etdiyi təcrübələrdir.Və bu idarə edilən təcrübələr uşağları formalaşdırır.
Valideynlər uşağa “bunu et”, “onu et” dememəlidir,öz davranışları ilə örnək olmalıdır. Gənc valideynlər bilməlidir ki,hal və hərəkətlər uşağa daha çox təsir edir nəyinki danışıq.Çünki uşaqlar irəli yaşlarda ata və anasını özünə nümunə olaraq seçib onların elədiklərini təkrarlayır. Sosial şəbəkələrdə çoxumuz ana və yanında övladı,əllərində də kitab olan şəkil ilə qarşılaşmışıq. Bu şəkil bəlkə də bir çox gənc ailəyə örnək oldu. Uşaqlara mehriban və ölçülü bir mühit hazırlamalıyıq,onları könüldən sevib, hərəkətlərimizlə tərbiyə etməliyik.
Uşaqları döyməklə tərbiyə etmək olmaz. Bu onların gələcəkdə müxtəlif cinayətlərə əl atmasına səbəb ola bilər. Belə bir mühitdə böyüyən uşaqlar tez-tez yalan danışır və müxtəlif pis vərdişlər edinir.Döyülmək uşağa heç bir şey qazandırmadığı kimi şəxsiyyətindən də bir çox şey alıb aparır. Uşaq cinayətləri ilə bağlı araşdırmalara nəzər yetirsək görərik ki, bu cür uşaqlar əsasən döyülən və təhsilsiz böyüyən uşaqlardır.
İcazə verin uşağınız öz uşaqlığını yaşasın. Bir küncdə sakit oturan, ətrafa qaçmayan, bəzən nalayiq hərəkətlər etməyən, stolun üstündəki əşyaları sındırmayan uşaq güclü emosional və psixoloji təzyiq altında olur.Övladınızın uşaqlığını həddindən artıq qayda və cəzalarla sıxışdırmayın. Bu təzyiq həmişə qaydalar və cəzalarla müəyyən edilmir. Övladınıza bilmədən ötürdüyünüz “səhv etsən peşman olarsan” kimi mesajlara görə uşağınız sizi incitməmək üçün yaxşı davrana bilər, amma uşaqlığını yaşamaz. İcazə verin peşman olsun,səhf etsin və səhflərindən nəticə çıxarsın!
Uşaq dünyanın ən böyük xoşbəxtliyidir.Saxsıdakı bir çiçək belə, yaşamaq üçün diqqət və sevgiyə ehtiyac duyduğu halda, bir uşağın sadəcə qarnının tox olması, isti bir evinin olması sağlam şəkildə böyüməsi üçün yetərlimidir?Təbii ki xeyr.Sevgi ünsiyyətin ən gözəlidir.Onlara sevgi vermək, hörmət, inam, özgüvən aşılamaq lazımdır.
Övladlarınıza kaşki yox,yaxşı ki deməyi öyrədin və ən əsası da nə olursa olsun, nə baş verirsə versin onları çox sevdiyinizi söyləməyi heç bir zaman unutmayın!
Atayeva Günay VETENİM-AZERBAYCANDIR.AZ