01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
MƏLƏKXANIM EYUBOVA YARADICILIĞINDA MİLLİ-MƏNƏVİ İRSİN QORUNMASI
Məqalə Azərbaycan respublikasının xalq artisti, professor Mələkxanım Eyubovanın yaradıcılığına həsr edilir.
Dövlətimizin milli-mənəvi irsi dedikdə ilk ağıla xalq musiqiləri və muğamımız
gəlir. Çünki bütün mənəvi dəyərlər və mədəniyyət onlarla sıx əlaqədədir.
Azərbaycan Respublikasının Xalq Artisti, professor Mələkxanım Eyubovanın
yaradıcılığında əsas yeri demək olar ki, xalq mahnıları və muğam dəsgahları
tutur. Bəstəkar mahnılarının da mahir ifaçısı olan xanım sənətkarın ifa etdiyi
muğam dəsgahları tədris materialı kimi istifadə olunur. Mələkxanım xanım ifa
etdiyi bütün mahnılara, muğamlara öz səsininin ecazkarlığı ilə yeni bir rəng
qatmışdır. Həmçinin o bir çox xalq mahnılarına və bəstəkar mahnılarına yeni nəfəs verməklə, dinləyici kütləsinə yenidən sevdirməyi bacarmışdır.(“Cığey”,
Süsən sünbül” , “Ləbu-ləb”, “Qadan alım”, “Axı mən neyləmişəm” “Gərək günəş
dağları aşıb sönməyəydi”) Bu tendensiyanı davam etdirməklə milli-mənəvi
irsimizə, mədəniyyətimizə necə dəyər verdiyi və qoruduğu açıq-aşkar bəlli olur
Mələkxanım Eyubova yaradıcılığı janr baxımından da çox rəngarəngdir.
Xanəndənin repertuarında sevgi ( “Sənin yerin ürəyimdə” “aləm gözəl”),
gözəllik (“ Mən necə bağban olaram” “ceyranım” “göydən enmiş bir mələk”)
tale və dünyanın dərki ( “oyan taxtım-tacım”, “dünya nədir”) və s. kimi
mövzulara toxunulub. Həmçinin oxuduğu muğamların sözlərində insanları
sevgiyə, birliyə, sülhə, mehribanlığa səsləyir.
Qırmasın bir çiçək Yasəməndən
Səhni-gülüstanımıza əsməsin xəzan
Bayrağımız dalğalanıb olsun hökmüran
Kainatda hökm sürsün tək ədalət
Məhv edilsin yer üzündən hər xəyanət (“Mahur-Hindi” muğam dəsgahından)
Muğam dəsgahlarında istifadə olunan şeirlərin, qəzəllərin seçimində də daima
klassiklərimizi, xalq ədəbiyyatını unutmayan sənətkar, Seyid Əzim Şirvani,
Nəsimi, Fizuli, Əliağa Vahid və s. yaradıcılığına üz tutur.
Təbii ki, milli-mənəvi irsimiz dedikdə ağla tək incəsənət, musiqi, muğam
gəlməklə yanaşı, bir sıra başqa nüanslar da öz sözünü deyir.
Mələkxanım Eyubova müsahibələrinin birində şalvarla, dizdən yuxarı geyimlə
muğam oxumağın yanlış olduğunu bildirir. Düzdür, xanım sənətkarın bu fikirləri
sənət yoldaşları tərəfindən birmənalı qarşılanmasa da, bu fikirlər Azərbaycan
mədəniyyətini qorunması üçün, milli-mənəvi dəyərlərimizin qorunması üçün öz
sözünü deyirdi.
Hər zaman efirlərdə, el şənliklərində öz səhnə mədəniyyəti, danışığı ilə gənc
xanəndələrə, bir sözlə hər kəsə örnək olur. O ilk dəfə efirə gələndə belə milli
geyimlərimizdən istifadə edib.
Həmçinin, öz ustadlarına, müəllimlərinə qarşı hörmətlə yaddaşlarda qalan
Mələkxanım Eyubova, müsahibələrinin birində 5 ildən bir müəlliminin yubileyini
keçirdiyini bildirir. Bu isə sənətkarın vəfalı xarakterliliyinin bariz nümunəsi kimi
dəyərləndirilə bilər. Həmçinin, bildirmək yerinə düşərdi ki, müəllim kimi də
Mələkxanım xanım, tələbələrinin sevimlisinə çevrilmişdir. Hətta bəzi
müğənnilərin universitet ustadı olmasa belə, fəxr hissi ilə deyə bilərəm ki,
Mələkxanım Eyubova bir məktəbdir. Və biz də şanslı nəsildən hesab olunuruq
ki, bu canlı məktəbin şahidiyik. Onun tələbələri arasında xanəndələr, əməkdar
artistlər var. Öz seçilən tədris metodikası ilə incəsənətlə yanaşı, pedaqogikada
da məharətini sübut etmiş olur. Təsadüfi deyildir ki, Mələkxanım Eyubova
Azərbaycan respublikasının xalq artisti olmaqla yanaşı, Azərbaycan Dövlət
Mədəniyyət İncəsənət Universitetində muğam kafedrasında professor kimi
çalışır.
Psixologiyanın əsas problemlərindən biri də “şəxsiyyət” problemidir. Gənclərin,
eləcə də uşaqların şəxsiyyət kimi formalaşmasında musiqinin, incəsənət
nümunələrinin rolu danılmazdır. Bu baxımdan təbii ki, Azərbaycan incəsənətinin
əvəzedilməzlərindən sayılan Mələkxanım Eyubovanın misilsiz rolu danılmazdır.
İfa etdiyi muğam dəsgahları, bəstəkar musiqiləri ruhun qidasını əsl mənada tam
təmin edirdi. Səsinin incəliyi sanki, özünün incə ruhlu olmasından bizə xəbər
verirdi. İncə ruhlu sənətkar da dinləyicilərini bu səpkidə inkişaf etdirir və formalaşdırırdı. Onun ifaçısı olduğu mahnılarından bəhrələnən dinləyicilər
sanki, özlərini, yaşadığı həyatı daha da yaxşı dərk edir, öz daxili dünyalarına
səyahət edirlər.
Son olaraq, qeyd etmək yerinə düşərdi ki, Mələkxanım Eyubova yaradıcılıq
fəaliyyətinə başladığı dövrdən başlayaraq (1979) istər səhnə mədəniyyəti, istər
musiqi çələngi, istərsə də şəxsi həyatında hər zaman milli-mənəvi irsimizi,
dəyərlərimizi qoruyub saxlamış, hətta bir çox musiqilərə yeni nəfəs verməklə
yanaşı mədəniyyətimizə yeni töhvələr vermişdir. Mən əminəm ki, illər keçsə də,
Mələkxanım xanımın tələbələri bu tendensiyanı layiqincə davam etdirəcək və
bu məktəbi qoruyub saxlayacaq. Bu isə, xanım sənətkarın öz şəxsi
keyfiyyətlərini tələbələrinə inikas etdirməsinin, pedaqoji bacarığının nəticəsidir.
Dəyərli xalq artistimizə uzun ömür, can sağlığı arzu edir, yaradıcılığında uğurlar
diləyirik.
Psixoloq Musa Məmmədzadə
VETENİM-AZƏRBAYCANDIR.AZ