01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Məsafələri yaxın etməyi bacaran məktəb direktorunu təbrik edirik.
Azərbaycan təhsilinin uğurlu və inkişaf edən xətt üzrə irəliləməsinin əsas səbəbi ölkəmizin sayılan, seçilən, dəyərli, daima araşdırmaları ilə seçilən mükəmməl təhsil adamlarıdır desək yanılmarıq.
Məhz həmən işini, peşəsini ürəkdən sevən, vicdanla çalışan, əsl ziyalı xanımlarımızdan biri olan Yeganə müəlliməni tanıyaq.
Eyvazova Yeganə Məhəmməd qızı.
Orta təhsilini Tovuz rayon Bozalqanlı kənd Yusif Sadıqov adına tam orta məktəbdə alan xanım pedaqoq, Ali təhsilini GDU- də almışdır. Universiteti bitirdikdən sonra pedoqoji fəaliyyətlə məşğul olmuş və şərəfli müəllim sıralarında yer almışdır. Bir müddət Tovuz rayon Təhsil Sektorunda işləyən Yeganə xanım daha sonra Tovuz rayon Quşçuqaralar kənd ümumi orta məktəbində direktor vəzifəsinə təyinat alır. İşində məsuliyyətli, bacarığına seçilən dəyərli pedaqoq olduğca ürəklə və bacarığa işinin başındadır.
Onu xüsusiylə qeyd etmək istəyirəm ki, Yeganə müəllimənin təlim tədrislə məşqul olduğu, sevgiylə hər gün işinə davam etdiyi məktəb rayondan 60 km aralıda yerləşir. Dəniz səviyyəsindən çox yüksək bir kənd ərazisidir. Amma buna baxmayaraq Yeganə müəllimə hər gün bu yolu sevə-sevə gedib gəlir, yetər ki, şagirdləri olan fidanlar elmdən, təhsildən, inkişafdan kənar qalmasınlar. Bax budur əsl müəllim andı, müəllim eşgi, müəllim imzası! Yeganə xanım həmdə dövlətə, dövlətçiliyə xidmət edən layigli bir şəxsiyyətdir, illərdir
Yeni Azərbaycan Partiyasının üzvüdür və Azərbaycançılıq ideologiyasının təbliğatçılarındandır.
Bu gün isə bu kübar xanımın, gözəl insanın doğum günüdür.
Bu münasibətlə Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalınln təsisçisi və baş redaktoru Kamran Orucovun və komandamızın adından Yeganə müəlliməni təbrik edir, ona şərəfli peşəsində, çətin və məsuliyyətli işində bol-bol uğurlar diləyirik. Azərbaycan təhsilinin sizin kimi müəllimlərə ehtiyacı var. 100 yaşayın Yeganə müəllimə, doğum gününüz mübarək!
Nəhayət Şirinova.
Vətənim-Azərbaycandır.az xəbərlər informasiya portalınln redaktoru.
VETENİM-AZƏRBAYCANDIR.AZ