Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sumqayıtda indoneziya günü – FOTO

Sumqayıtda indoneziya günü – FOTO
21-07-2022, 06:30 210 dəfə baxılıb

İndoneziya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə Sumqayıt şəhərində “İndoneziya günləri” küçirilib.


Nəsimi adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid, Sumqayıt şəhər icra hakimiyyətinin rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edən İndoneziya Respublikasının ölkəmizdəki səfiri Hildi Hamid tədbirə gələn hər kəsi salamlayıb və göstərilən diqqətdən razı qaldıqlarını ifadə edib.

Səfir bildirib ki, Sumqayıtla İndoneziyanın Surabaya şəhəri arasında dostluq münasibətlərinin yaradılması üçün mühüm addımlar atılır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qonaqları şəhərdə görməklərindən məmnunluğunu bildirib və qeyd edib ki, Azərbaycanla İndoneziya arasında əlaqələr yüksək səviyyədədir. Vurğulanıb ki, bu münasibətlərin möhkəmlənməsində dövlət və hökümət rəsmilərinin qarşılıqlı səfərlərinin xüsusi rolu olub. Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.

Daha sonr İndoneziyaya məxsus musiqilər, rəqslər nümayiş etdirilib. Sumqayıt sakinləri İndoneziyaya məxsus təamlardan dadıblar.Tədbir maraqlı anlarla yadda qalıb.
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI