01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Ömrünü, gününü, həyat yolunu qələmə, yazıya, kitaba həsr edən insanlar həqiqətən xoşbəxtdirlər.
Ömrünü, gününü, həyat yolunu qələmə, yazıya, kitaba həsr edən insanlar həqiqətən xoşbəxt və ilahi sevgiyə bürünərək ömr edən insanlardır. Çünki onların istedadları sonradan qazanılan deyil, ilahi tərəfindən bəxş olunan vergidir, mükafatdır.
Bu gün məhz belə insanlardan biri haqqında və onun qələminin məhsulu olan əsərlərindən bəhs edəcəm sizə.
Sabir Şahtahtı:- dünyamıza 1968-ci ildə Azərbaycanın şah damarı olan Naxçıvanda göz açmışdır. Hələ tələbəlik illərindən yazmağa başlayan dəyərli yazarımız müxtəlif səpkidə əsərləri ilə hər kəsin hörmət və rəğbətini qazanmışdır. 20 kitab və çox sayda məqalələri və yazıları işıq üzü görmüşdür. Yazarın əsərləri Rusiya, Gürcüstan, Ukrayna, İranda, farsca, rusca və ingiliscə tərcümə edilərək oxucuların ixtiyarına verilmişdir.
Dəyərli yazarımız 2010-cu ildə ölkə başçımız tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Bundan başqa çox sayda mükafatların lauruatıdır. Bu gün haqqında bəhs etdiyim "Nisgil" əsəri siyasi mövzuda yazılan əsərlərindən biridir. Hələ XX əsrin əvvəllərindən başlayaraq tez illik böyük problemlər yaşyan Azərbaycan xalqının faciələrindən bəhs edir bu əsər. Hadisələr əsasən yüksək əxlaqi dəyərlərə, tərbiyəyə sahib olan iki gəncin əzablı həyat yolunu ön plana çəkərək oxucuya çatdırır. Yazar ədəbi ustalığla dünyada meydana gələn hadisələrin ölkəmizə təsirini və bu yolda yaşanan sıxıntı və acıları bariz şəkildə oxucuya vəsf edir.
Əvvəllər xəbərsiz idim bütün bu dəyərli əsərlərdən. Həmkarım hörmətli Sərxan Cəfərovun sayəsində tanıdım və oxuma şansı əldə etdim. Və gənc yazar kimi mənə də çox marağlı gəldi.
Və bu üzdən də çox böyük həvəslə bu sözləri yazdım.
Hörmətli yazar qardaşım sizə bu yolda bol-bol uğurlar arzu edirəm. Davamlı olsun inşallah.
Azərbaycan tarixi bizim üçün ən vacib öyrənilməli və təbliğ olunmalı amillərdən biridir və siz bu yolda, səfərbərsiniz.Tanrı sizi qorusun Sabir müəllim.
Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zona rəhbəri.