01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Uluslararası Barış Elçisi Vətən mənə oğul desə,nə dərdim?! Mamır olub qayasında bitərdim. M.Araz
Mənim fikrimcə Nəsibə İsrafilqızı öz yaradıcılığında Məmməd Arazdan bəhrələnmiş,onun vətən sevgisinin mamırı ilə yoğrulmuşdur.Nəsibə İsrafilqızını tanıyan hər kəs yaxşı bilir ki,qəlbi Qarabağ eşqi ilə döyünən,vətənpərvər bir vətəndaş olmaqla yanaşı bu xanım öz böyük məhəbbətini kağız-qələmlə bölüşür.
Nəsibə xanım özünün "Qarabağ Nəğmələrim"adlı şeirlr kitabında 44 Günlük Vətən müharibəsində şücaət göstərmiş igidlərimizin əziz xatirəsini əbədiləşdirmişdir.Şeirləri oxuduqca şairəmizin iç dünyasında vətən sevgisinin necə qüvvətli,necə dərin təzahür etdiyinin şahidi oluruq.Sanki qələmindən çıxan hər sətir bir Qarabağ şikəstəsinə çevrilib İsa bulağında,Cıdır düzündə gəzintiyə çıxarır insanın ruhunu.Nəsibə İsrafilqızı dünyasında kəşf edərkən biz addım-addım Azərbaycanı gəzirik sanki.Şeirlərindən süzülüb gələn odlu-alovlu Vətən eşqi bilixtiyar insanı ağuşuna alır.
Azərbaycanın igidlərinin əziz xatirəsi Nəsibə İsrafilqızı irsində özünəməxsus yer tutmuşdur.Xalqımızın qəhrəmanlıq dastanları ta qədimdən istər yazılı istərsə şifahi ədəbiyyatımızda öz layiqli yerini tutmuşdur.Müasir dövrümüzdə isə Nəsibə İsrafilqızının qələmi sayəsində 44 Günlük Qəhrəmanlıq dastanımız şeirlərlə,mahnılarla,simfoniyalarla əbədiləşdirilmişdir.
Nəsibə İsrafilqızı yaradıcılığında bir çox mükafatlara layiq görülmüşdür.AYB-nin və AJB-nin üzvü,Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü,"Qızıl qələm"media mükafatı laureatı,BMT yanında Ümumdünya Sülh Federasiyasının "Sülh səfiri" mükafatçısı,"Məmməd Araz","Xan qızı Natəvan","Simurq 2021" mükafatları laureatı,"Böyük Zəfər","Milli ordu-100",AVMVİB-25"xatirə medallarının mükafatçısı,"El Gücü" Beynəlxalq Humanitar Assosiasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri,AVMVİB sədrinin ideoloji işlər üzrə müşaviridir.Bu gün bu mükafatlara arasına elə biri əlavə olundu ki,sanki Nəsibə xanımın qəlbindəki sevginin,humanistliyin necə böyük olduğunu bilircəsinə.."Dünya Koşulsuz Sevgi Derneği"tərəfindən "Beynəlxalq Sülh Elçisi"(Uluslararası Barış Elçisi) adına layiq görülmüşdür.Bunun üçün "Dünya Koşulsuz Sevgi Derneği"başkanı hörmətli Avşar Ozana öz dərin təşəkkürümü bildirirəm.
Nəsibə İsrafilqızı Şərqən Qərbə,Şimaldan Cənuba bütöv Azərbaycanın qələmini süngüyə çevirmiş,qəlbi Azərbaycan eşqi ilə döyünən,zərafətini zirehə çevirmiş öz xalqının xanımlarının timsalındakı bir Bir Şah Əsərdir.
Çinarə Seyran Ədəbiyyatşünas yazar.
"Vətənim-Azərbaycandır.az"