Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Briqada”nın aktyoru vəfat etdi.

“Briqada”nın aktyoru vəfat etdi.
3-11-2021, 10:29 209 dəfə baxılıb

“Briqada” serialındakı Şmidt obrazı ilə məşhurlaşan rusiyalı aktyor Dmitri Qumenetski dünyasını dəyişib.

Bu barədə “Vətənim-Azərbaycandır.az” “Pyatıy kanal”a istinadən xəbər verir. Məlumata görə, D. Qumenetski onkoloji xəstəlikdən 49 yaşında vəfat edib.
Bildirilir ki, aktyor ölümündən əvvəl səhhəti ilə əlaqədar Ryazan vilayətindəki ciddi rejimli cəzaçəkmə müəssisəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdi. O, külli miqdarda narkotik vasitə əldə edib saxladığına görə 2015-ci ilin sentyabrında həbs olunmuşdu.
Artist, həmçinin “Bumer”, “Həyatın dəyəri” və s. filmlərdə çəkilib. “Briqada” serialının çəkilişlərinə qədər Qumenetski XTQ mayoru, həmçinin döyüş təcrübəsi olan peşəkar hərbçi olub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI