18:14 - Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 MİLYON MANAT AYRILDI
18:10 - SOCAR-ın prezidenti Moldovanın Baş nazirinin müavini ilə görüşüb
18:44 - İlham Əliyevdən yeni rektor TƏYİNATI
18:41 - Ərdoğan qlobal iqtisadiyyatda güclü qasırğanın olacağını açıqladı
18:30 - Prezident: Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib
18:29 - Tanınmış kino aktyoru və rejissor Ceyhun Mirzəyevin doğum günüdür
21:06 - Azərbaycan güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb
21:03 - Xanlar Vəliyev təqaüdə göndərildi
20:56 - Məmmədbağır Əliyev "Şərəf" ordeni ilə təltif edilib
20:55 - Azərbaycan Prezidenti iranlı nazirlə Araz çayı üzərində avtomobil körpüsünün inşasını müzakirə edib
20:53 - İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
23:02 - Bu şəxslər 75 yaşına qədər vəzifədə qalacaqlar - Prezident qanun imzaladı
22:59 - TARİXİ ZƏFƏRDƏ DANILMAZ ROLU.
Ədliyyə Nazirliyi narkomaniya ilə mübarizə tədbirlərinə dair ictimai müzakirə keçirib
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Ədliyyə Nazirliyi tərəfindən “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları üzrə aparılan mübarizə tədbirləri” mövzusunda onlayn ictimai müzakirə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, nazirliyin feysbukdakı səhifəsində canlı yayımlanan tədbirdə Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin rəisi Elvin Aslanov, bioloji ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirova, psixoloji ekspertiza şöbəsinin eksperti Nilufər İsmayılova və Tibb baş idarəsinin inspektoru – narkologiya üzrə həkim Fərman Fərmanov iştirak ediblər.
Tədbirdə son dövrlər ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları üzrə aparılan mübarizə tədbirlərindən danışılıb. Bildirilib ki, narkomanlıq cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, eyni zamanda, insanların həyat və sağlamlığına böyük təhlükə törədən, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Ölkəmizdə bu sosial bəlaya qarşı ciddi mübarizə aparılır. Xüsusilə son dövrlər narkotik tərkibli dərman istifadəçilərinin sayının artması mübarizə tədbirlərinin daha da gücləndirilməsini zəruri edir.
Çıxış edənlər narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunvericilik bazasından, Məhkəmə Ekspertizası Mərkəzində aparılan narkotik vasitələrin, psixotrop maddələrin ekspertizasından danışıblar. Qeyd edilib ki, mərkəzdə olan müasir avadanlıqlar narkotik maddələrin ekspertizasını yüksək səviyyədə aparılmasına imkan verir. Məhkəmə-bioloji ekspertizası, bitki mənşəli maddələrin tədqiqi, narkotik təbiətli bitkilərin və onlardan hazırlanmış narkotik vasitələrin tədqiqat metodu, təbii narkotik vasitələrin rəng testləri, nazik təbəqəli xromatoqrafiya ilə ekspertizaları aparılır.
Müzakirələr zamanı yeni narkotik vasitələr, psixotrop maddələrin zərərləri barədə məlumat verilib. Vurğulanıb ki, son zamanlar “patı” adlanan narkotik vasitədən istifadə halları artır. Təəssüf ki, bu vasitədən istifadə qadınlar və uşaqlar arasında da geniş yayılıb.
Tədbirdə xüsusilə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları üzrə aparılan mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunulub.
Onlayn ictimai müzakirədə, həmçinin sosial şəbəkə istifadəçilərini maraqlandıran suallar cavablandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin