Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Zəfərdən zəfərə” adlı möhtəşəm rəsm sərgisi keçirilib – BÜTÜN FOTOLAR + VİDEO

“Zəfərdən zəfərə” adlı möhtəşəm rəsm sərgisi keçirilib – BÜTÜN FOTOLAR + VİDEO
28-10-2021, 05:47 456 dəfə baxılıb

22 oktyabr 2021-ci il tarixində Hərbi Qənimətlər Parkında “Zəfərdən zəfərə” adlı möhtəşəm rəsm sərgisi keçirilib.

Vətənim-Azərbaycandır.az xəbər verir ki, sərgidə bədii rəhbər, təşkilatçı gənc və istedadlı rəssam Ülkər Əbülfət və onun şagirdləri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn MəktəbiAzərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyətinin, o cümlədən Milli Qvardiyanın rəssamının əl işlərindən ibarət vətənpərvərlik mövzusunda çəkilmiş rəsmləri nümayiş etdirilib.
Tədbir Veteran Tankçılar İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilib.
Eyni zamanda sərgi çərçivəsində əməyi keçən iştirakçılara, birinci və ikinci vətən müharibəsində ön cəbhədə şücaət göstərən hərbiçilərə fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, tədbirdə təşkilatçı gənc və istedadlı rəssam Ülkər Əbülfətə mənəvi dəstək üçün Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdiyev və Mənəvi Dəyərlərin Təbliği Fondunun rəsmiləri iştirak edib.
Əlavə olaraq tədbirə millət vəkilləri, xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfərliklərinin nümayəndələri, eləcə də dövlət və ictimaiyyət xadimləri dəvət edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI