Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ölkəmizin xarici siyasətinin əsas prioriteti

Ölkəmizin xarici siyasətinin əsas prioriteti
12-11-2022, 13:26 239 dəfə baxılıb


Xəbər verildiyi kimi noyabrın 11-də Özbəkistanın qədim şəhəri olan Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə iştirak edib. Bu səfər ölkə başçısının son 7 ayda Özbəkistana üçüncü səfəri idi. Səfərlər zamanı aparılan müzakirələr Azərbaycan-Özbəkistan əlaqələrinin daha da yüksək səviyyəyə qalxdığını bir daha göstərir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmiz hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq olduğunu dir daha nümayiş etdirib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Bundan başqa Türk dünyası böyük bir ailədir. Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Ötən il noyabrın 12-də isə İstanbulda keçirilən Türk Şurası Liderlərinin VIII Zirvə toplantısında Türk Şurasının rəsmi adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı. Türk Şurasının yaradılmasında məqsəd türkdilli ölkələr arasında əməkdaşlığı dərinləşdirmək, regional sülh və sabitliyə töhfə vermək olub. Razılaşmaya əsasən, ölkələr xarici siyasət məsələlərində vahid mövqedən çıxış etməli, terrorizm və cinayətkarlığa qarşı mübarizədə fəaliyyətləri əlaqələndirməli, ticarət və investisiyalar üçün əlverişli mühit yaratmalı, hərtərəfli iqtisadi inkişafı təmin etməli, elm, texnologiya, elmi-texniki sahədə əməkdaşlığı genişləndirməlidir.
Türk dövlətlərinin birliyindən danışarkən ilk olaraq Azərbayca-Türkiyə dostluğu, qardaşlığıdır. Məsələn, 2020-ci ildə dünya İkinci Qarabağ müharibəsi dövründə türk dünyasının, ən əsası Türkiyənin və Azərbaycanın əzminin, prinsipiallığının və qüdrətinin şahidi oldu. 44 gün ərzində Azərbaycan Türkiyənin mənəvi dəstəyi ilə Ermənistan üzərində tam hərbi Qələbə qazandı. Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında geniş quruculuq-bərpa işləri aparılır. Bu işdə Azərbaycan yenə də tək deyil. Qarabağın yenidən çiçəklənməsində qardaş Türkiyə başda olmaqla digər türkdilli dövlətlər də öz dəstəyini əsirgəmirlər.
Azərbaycanın ərazi bütövlüyünü istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra daim dəstəkləyən digər dövlətlər Qazaxıstan və Özbəkistandır. Dost ölkə Qazaxıstan işğaldan azad olunan torpaqlarımızın abadlaşdırılması işində yaxından iştirak edir.
Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlandığını diqqətə çatdıraraq qeyd etdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub. Zəngəzur dəhlizinin regional əhəmiyyətindən danışan ölkə başçısı İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaqdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI