Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Günü- gündən inkişaf edən, ölkə

Günü- gündən inkişaf edən, ölkə
21-07-2022, 06:18 354 dəfə baxılıb

Günü- gündən inkişaf edən, dünyanın siyasi arenasının ən yüksək şkalalarında yer alan Azərbaycanın artan nifuzu hər kəsin diqqət obyektindədir. Növbəti uğurlu görüş hək kəsə məlum olduğu kimi

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü oldu. 
Gündəmin prioritet olaylarından birinə çevrilən bu görüş öz səmərəliliyini həmən anda hiss etdirdi. 
Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanması hər birimizin nəzər və diqqətindədir. 
Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Öncə neft hasilatı sonra, qaz hasilatı baş tutdu. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. 
 Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malik olması hamıya bəllidir. 
 Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpa olunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanılıb.
Uğur və yüksəlsin ən bariz nümunələrindən olan bu layihələr hələ ilk gündən ölkənin inkişaf mərhələlərinə xidmət edib və bu gün də bu tendensiya davam edir.
Nəzərə alaq ki, İndi ölkəmizin bu böyük layihələrdə yer alması daha vacibdir. Cünki yetərincə yenilənməli, yeni nəfəs gətiriləcək Azərbaycan torpağı vardır. Bəli ölkə başçımızın da qeyd etdiyi kimi o torpağlar cənnət məkana çevriləcək və yeni həyat ora da qayıdacaqdır.
min olunacaqdır; 
 İmzalanan Memorandum  
 kitərəfli əməkdaşlığa mühüm töhfədir və ümidvarıq ki, daha mütərəqqi uğurlar bizi gözləyir.

Nəhayət Şirinova.
İctimaiyyətçi, yazar.
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Vətənim-Azərbaycandır.az  xəbərlər portalının redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI