Azərbaycan Ukrayna xalqına növbəti humanitar yardım göndərib.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, humanitar yardım ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarətdir. Yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.
Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.
Sumqayıt ŞİH tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət humanitar yardım göndərilir.
Yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.
Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınır.
Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Vətənim-Azərbaycandır.az" “Report”a istinadən açıqlamasında yardımla bağlı minnətdarlıq edib.
“Şadam ki, növbəti görüşümüz simvolik yerdə - Bakının hava limanında baş tutur. Məhz buradan Azərbaycanın Ukraynaya növbəti humanitar yardımı göndərilir. Dost Azərbaycan, bütün Azərbaycan xalqına Ukraynaya belə mühüm humanitar yardımına görə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm”.
Səfir qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin başlanğıcından Azərbaycan tərəfindən 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb:
“Bu sadəcə formal jest deyil, Azərbaycan təcavüzkarın hədəfinə çevrilən Ukraynanın dinc sakinlərinə kritik vacib yardım göndərir. Bura müxtəlif dərmanlar, tibbi avadanlıqlar daxildir. Sevindiricidir ki, Ukraynaya humanitar yardım tədarükü yeni səviyyəyə çıxıb”, - diplomat vurğulayıb.
Səfir Sumqayıt İcra Hakimiyyətinə qardaşlaşmış şəhəri Çerkassıya yardım göndərdiyinə görə təşəkkürünü bildirib:
“Bu təşəbbüs Azərbaycanın Ukraynaya aktiv şəkildə yardım göndərməyə başlayan digər şəhər və regionlarına nümunə olub. Bu, Ukrayna və Azərbaycan xalqları arasında əsl dostluq jestidir. Bilirsiniz ki, dörd aydan çoxdur ki Ukrayna Rusiyanın hərbi təcavüzünə müqavimət göstərir. Təəssüf ki, düşmən uşaq, qadın və qocaya rəhm etmir. Onlar məqsədyönlü şəkildə Ukraynanın infrastruktur obyektlərini hədəfə alır, dinc sakinlərini qətlə yetirirlər. Başa düşürük ki, Kremlin məqsədi sadəcə Ukrayna ərazisinin bir hissəsini ələ keçirmək deyil, bu, Ukrayna millətinin qırımıdır. Məhz buna görə də Ukraynanın hər vətəndaşı başa düşür ki, biz mübarizəni dayandırsaq, Ukrayna dünya xəritəsindən silinə bilər. Bu, Ukrayna xalqının soyqırımıdır. Biz Ukrayna və Azərbaycan xalqları arasında dostluğa inanırıq. Biz Ukrayna Silahlı Qüvvələrinə inanırıq. Biz Ukraynanın qələbəsinə inanırıq. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan! Əgər səhv etmirəmsə, bu 7 ya da 8-ci təyyarədir. Hesabı bir az itirmişəm. Yardım həm yer, həm də hava nəqliyyatı vasitəsilə gerçəkləşdirilir. Əsas odur ki, proses mütəmadi şəkildə keçirilir. Çünki müharibə uzandıqca bu yardım da bir o qədər vacib olur”.