Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xankəndiyə qaz bu tarixdə veriləcək - “Azəriqaz”dan açıqlama

Xankəndiyə qaz bu tarixdə veriləcək - “Azəriqaz”dan açıqlama
27-03-2022, 12:21 206 dəfə baxılıb

“Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin açıqlamasında bildirilir.
Qeyd olunub ki, normadan artıq qarın yağmasına baxmayaraq, "Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər.
Xəbəri rus dilində oxu: В Ханкенди будет подан газ - заявление "Азеригаз"
“Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bununla əlaqədar  olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir.
Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaqdır” – açıqlamada bildirilir.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI