Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiya Mərkəzi Bankına sanksiyaların nəticəsi necə olacaq?

Rusiya Mərkəzi Bankına sanksiyaların nəticəsi necə olacaq?
27-02-2022, 11:42 342 dəfə baxılıb

“Güclü sanksiya qərarları var, amma Rusiya Mərkəzi Bankına olan sanksiya daha önəmlidir. Bu, böyük bombadır”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.
O bildirib ki, Rusiya MB bundan sonra dollar, funt və avroda saxladığı vəsaitlərdən istifadə edə bilməyəcək:
“2021-ci ilin ortalarına olan məlumata əsasən (mənbə - RBK) Rusiya MB-nin dollar ehtiyatları rezervlərin 16,4%-ni (96 milyard) təşkil edir. 189 milyard dollar ekvivalentində avro, 38 milyard dollar ekvivalentində isə funt vəsaiti var. Toplam 323 milyard dollar. Rusiya bu vəsaitə artıq sərəncam verə bilməyəcək. (Valyuta ehtiyatlarının ümumi həcmi 469 milyard dollardır. 132 milyard dollarlıq da qızıl ehtiyatı var.) 
Rubl gələn həftənin birinci günü birjalar açılan kimi çökəcək. Moskva birjası da çökəcək. 
Əlbəttə ki, bu fonda Ukraynanın dözüb dirənməsi Putler rejiminin tabutuna çaxılacaq son mismar olacaq”.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI