Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Nazir müavini qiymət artımından danışdı.

Nazir müavini qiymət artımından danışdı.
23-11-2021, 19:28 212 dəfə baxılıb

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova süni qiymət artımı məsələsinə münasibət bildirib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, nazir müavini parlamentdə qeyd edib ki, iqtisadiyyata dəstək mexanizmlərinin tətbiqi və koronavirus pamdemiyasından məhdudiyyətlərin yumşalması  bazarda tələbləri artıb: “İstehsal xərclərinin yüksəlməsi dünya bazarlarında qiymətə təsir göstərib. Beynəlxalq FAO  agentliyinin  verdiyi məlumata cari ildə  ərzaq qiymətləri son 30 ildə müşahidə olunmayan ən yüksək səviyyəyə çatıb. Burada tək ərzaq yox, qeyri-ərzaq məhsullarının qiyməti artıb. 
Bu da bizim istehlak indeksinə birbaşa təsir edən amildir. Yanvar-sentyabr aylarında idxal məhsullarının qiyməti 21 faiz artıb. Bəzi məhsullarda bu rəqəm 25 faiz artıb. Eyni zamanda bizim ticarət tərəfdaşımız olan ölkələrdə yüksək  inflyasiya müşahidə olunub. Ölkəmizdə 4, 8 faiz inflyasiya olub. Beynəlxalq Valyuta Fondu da cari il üçün yüksək qiymətləri proqnoz edirlər. Cari ildə inflyasiyanın aşağı düşməsi gözlənilir. Növbəti ildə qiymətlərin builki kimi kəskin artımı proqnozlaşdırılmır. İnflyasiya 4 faiz ətrafında planlaşdırılır. 
Bazarda rəqabətin qorunması da vacib məsələlərdən biridir. Nazirliyin müvafiq qurumu tərəfindən bazarda monitorinqlər aparılır. Əhali üçün zəruri olan 86 adda ərzaq məhsulunun qiymətləri ilə bağlı monitorinq aparılır və nəticələri təhlil edilir. Qanunvericilik pozulduqda müvafiq tədbirlər görülür. İdxal olan məhsullarda qiymət artımı görülür. Daşıma və enerji xərcləri atması da bu istiqamətə təsir edən amillərdir”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI