Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dünya ərzaq qiymətləri son on ilin "pik"inə çatdı - Azərbaycanda da vəziyyət həyəcanlıdır…

Dünya ərzaq qiymətləri son on ilin "pik"inə çatdı - Azərbaycanda da vəziyyət həyəcanlıdır…
5-06-2021, 11:49 401 dəfə baxılıb

Günay Hüseynova: “Azərbaycan kimi sabit iqtisadiyyatlı ölkələrdə milli valyuta xarici valyutaya qarşı qorunsa da, milli valyutanın alıcılıq dəyəri aşağıdır”

imgƏrzaq qiymətlərinin indeksi may ayında 4,8 faiz artaraq 2011-ci ilin sentyabr ayından bu yana ən yüksək rəqəm olan 127.1 bəndə çatıb. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə, bitki yağlarının qiymət indeksi 7,8 faiz artaraq 174,7 bəndə çatıb. Əsasən palma, soya, raps yağı bahalaşır.
Şəkərin qiymət indeksi 6,8 faiz artaraq 106,7 bəndə çatıb ki, bu da 2017-ci ilin mart ayından bəri ən yüksək rəqəmdir. Dənli bitkilərin qiymət indeksi 6 faiz artaraq 133,1 bənd təşkil edib. Daha çox qarğıdalı və arpa bahalaşıb. Ət məhsullarının qiymət indeksi 2,2 faiz artaraq 105 bəndə çatıb. Həmçinin ağartı məhsullarının qiymət indeksi 1,5 faiz artaraq 120,8 bənd təşkil edib. Əsasən, quru süd və pendir bahalaşıb, kərə yağı isə ucuzlaşıb. Qeyd edək ki, dünyada baş qaldıran bu tendensiyanın Azərbaycana da təsirləri böyükdür.
Ərzaqda olan bu bahalaşmanı doğuran iqtisadi səbəblər nə ilə əlaqəlidir?
İqtisadçı ekspert Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünya bazarında ərzaq məhsullarının, həmçinin də digər mal və xidmətlərin qiyməti daha öncəki illərin qiymət meyarı ilə ölçülür, o səbəblə də gözəçarpan rəqəmləri görünməkdədir: “Qiymətlərin artmasına  bir neçə səbəb var. İnflyasiya səviyyəsi, iqtisadi böyümə, ölkələrin pul siyasəti, maliyyə siyasətini göstərə  bilərik. Pandemiya olmasına rəğmən, ərzaq qiymətlərində əvvəlki illərlə müqayisədə daha çox artım var. Əksinə, tələbə bağlı olaraq qiymətlərdə enmə olmalı idi. Kafe, restoranların bağlı olması, yolların bağlanması, iaşə obyektlərinin bağlı olması, istehsal müəssisələrinin əksəriyyətinin işləməməsi ərzaq bazarına təsir edən faktorlar arasında ən başlıcasıdır. Yuxarda qeyd etdiyim kimi, digər faktor isə maliyyə və pul siyasətidir. Burada isə birbaşa ölkə hökümətlərinin və Mərkəzi Bankın müdaxiləsi zəruridir. Belə ki, ərzaqın qiyməti növbəti illərlə müqayisə olunarkən pulun dəyəri də müqayisə olunmalıdır. Azərbaycan kimi sabit iqtisadiyyatlı ölkələrdə milli valyuta xarici valyutaya qarşı qorunsa da, milli valyutanın alıcılıq dəyəri aşağıdır. Qarşısını almaq üçün maliyyə siyasəti həyata keçirilməlidir. Xüsusilə hökümət ödənişlərini artırmağa yönəlik pul siyasəti həyata keçirilməlidir. Zəruri mallar əsas götürülməklə, insanların gəlirləri artmalıdır ki , yüksələn ərzaq qiymətləri onlar üçün o dərəcədə də əhəmiyyətli olmasın. Əgər gəlirləri artarsa, tələbatları da artar və daha çox xərcləyərlər və buna bağlı olaraq pulun dövretmə surəti yüksələr. Yəni pulun real alıçılıq qabiliyyəti əsas götürülməlidir, nominal ölçüsü yox. Bu da istehlak zənbilinə uyğun şəkildə hesablanır”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI