Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ovusu “Qarabağ”a qayıdır? - Klublar təkzib etdi

Ovusu “Qarabağ”a qayıdır? - Klublar təkzib etdi
3-09-2023, 13:59 330 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Macarıstanın “Ferentsvaroş” klubunun idman direktoru Tomaş Hanyal futbolçuları Kvabena Ovusunun “Qarabağ”a icarəyə verilməsindən danışıb. 
Açıqlama verən klub rəsmisi bu xəbəri təkzib edib.
O bildirib ki, qanalı forvardın Ağdam təmsilçisinə icarəyə verilməsi məsələsi gündəmdə deyil: “Qarabağ” bizə hər hansısa təklif göndərməyib. Futbolçunun Bakıya niyə gəlməsindən xəbərim yoxdur. Bir gün əvvəl Ovusu bizim komandamızla birlikdə məşqdə idi. Dünən isə onun istirahət günü olub. Bakıya gedib-getmədiyini belə bilmirəm”.
“Qarabağ”ın meneceri Asif Əsgərov da xəbəri təkzib edib. O bildirib ki, belə bir məsələ gündəmdə deyil. Əsgərov həmçinin qeyd edib ki, qanalı forvardın paylaşdığı foto köhnədir. O, yaxın vaxtlarda Azərbaycana gəlməyib.
Qeyd edək ki, Kvabena Ovusu 2020-2023-cü illərdə “Qarabağ”ın futbolçusu olub.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI