Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Öz qapılarına 41 top vurdular, ömürlük futboldan uzaqlaşdırıldılar

Öz qapılarına 41 top vurdular, ömürlük futboldan uzaqlaşdırıldılar
9-06-2022, 13:20 238 dəfə baxılıb

Cənubi Afrikada futbol üzrə 3-cü liqada görülməmiş hadisə baş verib. “Vətənim-Azərbaycandır.az” xəbər verir ki, iki futbol matçında böyük hesablar qeydə alınıb. 


Belə ki, ikinci liqaya yüksəlmək istəyən “Matiyasi” klubu “Nsami Mighty Birds”lə oyunda 59:1 hesablı qələbə qazanıb. Maraqlısı budur ki, qarşılaşmada “Nsami Mighty Birds” komandası 41 topu öz qapısına vurub. 

Federasiya araşdırma apararaq matçın danışılmış olduğunu bildirib və hər iki komandanı ömürlük futboldan uzaqlaşdırıb. 

Eyni liqada mübarizə aparan “Shivulani Dangerous Tigers” isə “Kototo Happy Boys”la görüşdə 33:1 hesabı ilə qələbə qazanıb. Bu oyunda “Kototo Happy Boys” futbolçuları 7 avtoqola imza atıb. Yerli federasiya bu matçın da danışılmış olduğunu bildirərək komandalara ömürlük futbol qadağası cəzası verib. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI