Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şəhriyar Aniş Giriyə qalib gəldi

Şəhriyar Aniş Giriyə qalib gəldi
8-06-2022, 01:33 179 dəfə baxılıb

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.


"Vətənim Azərbaycandır.az" xəbər verir ki, yeddinci turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov niderlandlı Aniş Giriyə qalib gəlib.

Bununla da o, xalların sayını 11,5-ə çatdırıb və 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Teymur Rəcəbov isə Hindistan təmsilçisi Vişvanatan Ananda “armageddon”da uduzub. T.Rəcəbov ümumi nəticələrə görə, 5 xalla sonuncu yerdədir.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI