Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Məmmədyarov 11-ci, Rəcəbov 13-cü yerdə qərarlaşıb.

Məmmədyarov 11-ci, Rəcəbov 13-cü yerdə qərarlaşıb.
1-11-2021, 00:30 213 dəfə baxılıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, dünya reytinqində ilk onluqda şahmatçılarımız yer almayıb. Belə ki, təmsilçimiz Şəhriyar Məmmədyarov 2765 xalla 11-ci pillədəki mövqeyini qoruyub. Teymur Rəcəbov isə bir pillə geriləyərək 2763 xalla 13-cü sırada qərarlaşıb.
İlk yüzlükdə isə daha 2 şahmatçımız qərarlaşıb. Belə ki, Rauf Məmmədov (2673 xal) 61-ci, Qədir Hüseynov (2664 xal) isə 74-cü pillədə yer alıblar.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2855 xal) başçılıq edir. Çinli Liren Dinq (2799 xal) ikinci, ABŞ təmsilçisi Fabiano Karuana (2791 xal) isə üçüncü pillədədirlər.
Qadınların reytinq cədvəlinin ilk yüzlükdə Azərbaycan şahmatçılarından Günay Məmmədzadə 2459 xalla 25-ci, Gülnar Məmmədova (2395 xal) 64-cü, Xanım Balacayeva (2369 xal) 91-ci mövqedə qərarlaşıblar.
Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658 xal) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2604 xal) və hindistanlı Hampi Koneru (2586 xal) ilk üçlüyü tamamlayıblar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI