Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Samir Abasovdan “Neftçi”dəki gələcəyi ilə bağlı açıqlama

Samir Abasovdan “Neftçi”dəki gələcəyi ilə bağlı açıqlama
15-05-2022, 21:54 194 dəfə baxılıb

“Neftçi” ilə müqaviləsi bu yay başa çatacaq baş məşqçi Samir Abasov klubdakı gələcəyi barədə danışıb.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, o, bu gün Premyer Liqanın 27-ci turunda “Zirə” ilə matçdan (0:1) sonra keçirilən mətbuat konfransında bununla bağlı sualı da cavablandırıb.

“Klub rəhbərliyi ilə danışmamışam. İdman direktoru Zaur Əzizovla müzakirələr aparırıq. Müqavilə məsələsinə mövsüm bitdikdən sonra baxılacaq. Müşahidə Şurası qərar verəcək. Saxlasalar, qalacağıq, göndərsələr də, normal qarşılayarıq” - deyə S.Abasov bildirib.

O deyib ki, Konfrans Liqasında çıxış edəcək komandanın baş məşqçisi ilə bağlı klub düşünməlidir: “Bir oyundan sonra baş məşqçi olmaya bilərəm”.

S.Abasov qışda İrandan təklif aldığını da söyləyib: “Qışda mənə zəng gəldi ki, “Traktorsazi” sizi istəyir. Mən də dedim ki, “Neftçi”yə məxsusam. Onlarla danışın. Sonradan Saman Nərimancahan da zəng etdi və mənimlə maraqlandıqlarını dedi”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI