Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Jalə Əliyeva Avropa çempionatının finalında - Yenilənib

Jalə Əliyeva Avropa çempionatının finalında - Yenilənib
10-03-2022, 21:13 170 dəfə baxılıb

Azərbaycanın daha iki qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizə aparan Gültəkin Şirinova 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib. Şirinova yarımfinalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək.
62 kq-dakı Jalə Əliyeva eyni raundda onun həmyerlisi Amelin Duarreni məğlubiyyətə uğradıb. Əliyeva finala gedən yolda polşalı Paulina Malqorzata Danişlə görüşəcək.
65 kq-dakı Birgül Soltanova estoniyalı Viktoriya Vessoya yenilib.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
***
Jalə Əliyeva (62 kq) yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gəlib. Əliyeva bu rəqibinə çətinlik çəkmədən qalib gəlib. Jalənin finaldakı rəqibi serbiyalı Anna Fabian olacaq. 
Qeyd edək ki, medal qarşılaşmaları martın 11-də keçiriləcək.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI