Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Heç kimdə günah yoxdur”

“Heç kimdə günah yoxdur”
5-12-2021, 20:52 238 dəfə baxılıb

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. Üç oyunda uduzduqdan sonra “Səbail”lə görüşdəki qələbənin davamını gətirmək istəyirdik. Amma alınmadı.
Oyuna güc qata biləcək Sezar Meza Kolli və Xorxe Korrea kimi futbolçulardan zədəli olduqları üçün yararlana bilmədik. Meza Kolli məşqdə əzələsini dartıb. Yusuf Laval da eyni problemlə üzləşdi. Lavalın oyunadək problemi yox idi. Romen Bask da qızdırmalıdır. Xorxe Korrea məşq vaxtı zərbə aldı. Biz bəhanələr axtarmalı deyilik. Kristiano Ronaldo kimi oyunçu da Portuqaliya millisində qaça-qaça əzələsini dartır. Bunlar sübut olunmayan zədələrdir. Heç kimdə günah yoxdur, taleyin acı tərəfidir.
Qış fasiləsində komandada dəyişiklik etməyi düşünürük. Bunlar bizim mətbəximizin içində olan söhbətlərdir. Bəzi mövqeləri gücləndirmək, yerli balansını düzəltmək istəyirik. Bu durumdan yerli futbolçularımız qazanc əldə edə, gələcək üçün komanda quruluşunda iştirak edə bilərlər. Klub rəhbərliyi ilə görüşlərimiz, oyundan sonra bazada müzakirələrimiz davam edəcək. Futbolçularımızda əllərini sallayıb oynamamaq istəyini görmürük.
Bəzən oyunun gedişində ani qərarlar vermək lazımdır. Mən bunu baş məşqçi kimi edə bilmərəm. Bəzən təcrübəsizlik, bəzən tələskənlik mane olur. Rəqib futbolçular həddindən artıq ayağa basırdı. Disbalansımız var, bunu aradan qaldırmağa çalışırıq”.





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI