19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
“Çox söz verməyi xoşlamıram”
"Bizim üçün vacib qələbə idi. Rəqib son çempiondur və güclüdür. İlk hissədə istədiyimiz oyunu oynaya bilmədik, arxa xəttdə çoxlu səhvlərə yol verdik. Sonra özümüzə inamlı olduq. İkinci hissədə səhvlərimizi düzəltdik, iki əks-hücumla qollarımızı vurduq. Futbolçularım işlərinə yaxşı yanaşdı. Qarşıda işlərimiz çoxdur".
- “Neftçi” gözlədiyiniz kimi oynadı?
- Bəli, 3-5-2 sxemi ilə oynadılar. Cinahdan çox hücum edəcəklərini bilirdim. Onların başla yaxşı oynayan hücumçusu Tiaqo Bezerra meydanda olmadı. Bu, bir az xeyrimizə oldu.
- “Sabah” ilk dəfə “Neftçi”ni məğlub etdi. Bu statistik göstəricidən xəbəriniz var idimi?
- Bu haqda oyundan sonra bildim. Bizim üçün böyük qələbə oldu. Çox xoşbəxtəm buna görə. Sabahdan növbəti oyuna hazırlaşacağıq.
- Hücumları Ömər Buludovun cinahından etməyiniz əvvəlcədən hazırlanmış bir plan idimi?
- Ceyhun Nuriyev daha çox ortaya doğru oynayır. Sol tərəfdə isə Mikels və Alxasov yaxşı çıxış etdi.
- Sizi narahat edən məqam hansıdır?
Bütün oyun planları narahat edir. Hamısının üzərində çox çalışmalıyıq. Məşqlərdə gördüklərimiz bizə ümid verir. Əsas olan dayanmamaqdır.
- Artıq Azərbaycan çempionatında 2 oyuna çıxmısız. Qış fasiləsində transfer baxımından ehtiyaclarınız çoxdur?
- Əlbəttə, bəzi mövqelərin gücləndirilməsinə ehtiyac var. Buna baxmayaraq, güclü heyətimiz var. Çox transfer edəcəyimizi düşünmürəm.
- Bütün oyun planında axsaqlıqların olduğunu dediz. Bundan əvvəlki baş məşqçi yaxşı çalışmayıb?
- Məndən əvvəl işləyən məşqçiyə və onun işinə hörmətlə yanaşıram. Mənim stilim başqadır. Kiminsə işini pis qiymətləndirmirəm. Mənim öz baxışım var. Hər məşqçinin öz baxışı var.
- “Krasnodar”da çox qeyri-adi futbol oynadırdız və uğur qazandız. “Sabah”la da avrokuboklarda çıxış etmək istəyirsizmi?
- Çox söz verməyi xoşlamıram. Çalışacam ki, hücum futbolu oynayaq.