13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
17:31 - Təbrik edirik.
13:34 - GÜNƏŞƏ QOVUŞMAQ İSTƏYİRƏM MƏN.
Faciəvi şəkildə ölən azərbaycanlı həkimin ŞOK PAYLAŞIMI
Sentyabrın 5-də İstanbulda avtomobilin vurub öldürdüyü azərbaycanlı uzman həkim Elnur Rufullayevin hadisədən bir müddət əvvəl sosial şəbəkə səhifəsində paylaşdığı status müzakirələrə səbəb olub.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ xəbər verir ki, özəl klinikada İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi kimi çalışan 37 yaşlı Elnur daha əvvəl İstanbulda avtomobilin qəsdən üzərinə sürüldüyünü və son anda qəzadan qaça bildiyini yazıbmış. Bu məsələ həkimin sui-qəsd nəticəsində öldüyü haqda şübhələr yaratmağa başlayıb.
E.Rufullayev ötən il etdiyi həmin paylaşımında qeyd edib: “Bu gün işdə növbəyə gedərkən başıma daha öncə heç qarşılaşmadığım qəribə bir hadisə gəldi. Sizin də başınıza belə olay gələrsə, hazırlıqlı olun deyə bunu sizinlə paylaşım dedim.
Yolda qarşı tərəfə keçmək üçün kənarla yeriyirdim və bu zaman bir avtomobilin üzərimə doğru gəldiyini gördüm. Əvvəlcə, “yanılıram, mənə elə gəlir”, deyə düşündüm. Bu zaman üzərimə gələn maşının artıq çatdığını görüb, özümü səkiyə atdım, sürücü mənə əl edərək sürərək uzaqlaşdı. Yolda hərəkət sıx olduğu üçün niyə belə etdiyini soruşa bilmədim və həmin şəxsi tanıdığım üçün zəng edib məsələni soruşdum. O isə mənə zarafat etdiyini dedi. Türkiyədə belə bir ənənənin olduğunu öyrənəndən sonra həqiqətən baş verən hadisənin zarafat olduğuna ümid edirəm”.
Qeyd edək ki, həkimin öldüyü qəza Qaziosmanpaşanın Küçükköy adlanan hissəsində baş verib. Xəstəxanaya çatdırılan həkimin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü saxlanılıb və daha sonra sərbəst buraxılıb. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.
E.Rufullayev ailəli, 1 uşaq atası olub.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ