Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şamaxıda göldə batan üç nəfərdən ikisi ölüb

Şamaxıda göldə batan üç nəfərdən ikisi ölüb
20-07-2022, 21:59 339 dəfə baxılıb

Şamaxı rayonunda iki nəfər suda boğularaq ölüb.


"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu gün axşam saat 20:00 radələrində rayonun Əngəxaran kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağacan Lətifov və həmyaşıdları Rəvan Mirzəyev, Fərid Rəcəbov Qızmeydan kəndi ərazisində yaradılmış süni göldə çimərkən boğulub.

Ağacan hadisə yerində, Rəvan Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Həkimlərin səyi nəticəsində Fəridin həyatını xilas etmək mümkün olub.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI