Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Xaçmazdakı yanğının günahkarları cəzalandırılmalıdır" - Nazir müavini

"Xaçmazdakı yanğının günahkarları cəzalandırılmalıdır" - Nazir müavini
12-07-2022, 20:51 204 dəfə baxılıb

Xaçmazdakı yanğının günahkarları cəzalandırılmalıdır" - Nazir müavini
"Vətənim-Azərbaycandır.az" reporta istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.


Şimal bölgəsində yanan ərazilərə baxış keçirən nazir müavini deyib ki, yanğınla bağlı müvafiq komissiya yaradılıb.

"Həm səbəblər araşdırılır, həm də dəymiş ziyan hesablanır. Hüquq-mühafizə orqanlarından xahiş edirik ki, günahkarlar tapılsın. Belə meşəlik ərazini bərpa edib öz vəziyyətinə qaytarmaq üçün 50 il lazımdır. Samur-Yalama meşələri nəinki ölkəmiz, həmçinin dünya üçün əhəmiyyətlidir. Bu meşə tipi nadir hesab olunur. Cənubi Qafqazda yalnız Azərbaycan və Dağıstanda rast gəlinir. Biz meşələrimizi gələcək nəsillər üçün qorumalıyıq. Vətəndaşlara səslənirəm, ayıq-sayıq olun. Taxıl biçilmiş əraziləri yandırmayın", - V.Kərimov vurğulayıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI