Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb? - AÇIQLAMA

Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb? - AÇIQLAMA
21-06-2022, 15:46 303 dəfə baxılıb

“Zaqatala rayonunda itkin düşən hindistanlı turistin meyitinin tapılması və yaxud onun vəhşi heyvan tərəfindən parçalanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir”. 


Bu barədə "Vətənim-Azərbaycandır.az" Oxu.Az-a istinadən sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə, Hindistan Respublikası vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir:

“Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb”.

Gürcü mənbələrindən isə bildiriblər ki, sosial şəbəkələrdə yayılan şəkildəki hadisə bu ilin fevral ayında Gürcüstanın Raça bölgəsinin Oni meşəsində baş verib. Belə ki, ovçular bir ayını öldürüblər, bu zaman zağadan çıxan digər ayı onlara hücum edib. Vəhşi heyvan ərazidən qaça bilməyən ovçulardan birini öldürüb və bir ayağını yeyib. 

Xatırladaq ki, mayın 17-də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI