Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda yaşayış binasında yanğın - Video+Yenilənib

Bakıda yaşayış binasında yanğın - Video+Yenilənib
1-04-2022, 07:36 275 dəfə baxılıb

Paytaxtın Xətai rayonunda yaşayış binasında mənzil yanıb.

“​Vətənim-Azərbaycandır.az​​​” xəbər verir ki, hadisə axşam saatlarında Həzi Aslanov metro stansiyasının yaxınlığındakı binalardan birində baş verib.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının qarşısı alınıb.
***
FHN də yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 94 m² olan ikiotaqlı mənzilin (hazırda təmir olunan) eyvanında 4 m² sahədə məişət tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Mənzil yanğından mühafizə olunub.





ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI