Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Çörək zavodunda qadın fəhlə faciəvi şəkildə öldü

Çörək zavodunda qadın fəhlə faciəvi şəkildə öldü
8-01-2022, 13:44 439 dəfə baxılıb

Bakıda çörək zavodunda fəhlə işləyən qadın ölüb.

"Vətənim-Azərbaycandır.az Nərimanov Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən xəbərə istinadən bildirir ki, yanvarın 7-də İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə quruma məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, M.Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI